Dağıstanın kənd təsərrüfatı nazirinin müavini Hiramaqomed Murtazəliyevin iki qohumu Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olub.

"Unikal" xəbər verir ki, Murtazəliyevlər ailəsinin daha bir neçə üzvü xəsarətlə xəstəxanadadır.

Murtazəliyev qardaşlarının iki ailəsi xəsarət alıb, ikisi ölüb, daha bir neçə nəfər xəstəxanaya yerləşdirilib .

Hadisə zamanı nazir müavininin yaxınları partlayışın episentrinin yaxınlığında olublar. Ailə üzvlərindən biri xüsusi təyyarə ilə Moskva xəstəxanasına göndərilib.

Xatırladaq ki, avqustun 14-də axşam Mahaçqala şəhərinin kənarında yerləşən avtoservisdə yanğın baş verib, bundan sonra yanğın ilkin məlumatlara görə, selitranın saxlandığı qonşu otağa keçib. 

Ən azı 35 nəfər faciənin qurbanı olub, 75 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb.