"Koreya yarımadasında nüvə müharibəsi qaçılmazdır".

"Unikal" xəbər verir ki, bunu Şimali Koreyanın Müdafiə naziri Kanq Soon Nam deyib: 

“Artıq Koreya yarımadasında nüvə müharibəsinin olub-olmayacağı müzakirə edilmir. İndi əsas sual bu müharibənin kim tərəfindən və nə vaxt başlayacağı ilə bağlıdır. ABŞ və C.Koreyadakı "kuklalar"ın nüvə azartı, nüvə maniyası Koreya yarımadasını və Şimal-Şərqi Asiyanı yeni müharibə ocağına çevirməkdədir".