İtaliyada qan donduran qətl hadisəsi baş verib.  

"Unikal" xəbər verir ki, 21 yaşlı Celine Frei Matzohl adlı gənc qız ölkənin cənubundakı Silandro şəhərində türk sevgilisinin evində ölü tapılıb.

Məlum olub ki, Türkiyə vərəndaşı olan H.V.  adlı şəxs sevgilisinə çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.  Qətl şübhəlisi həbs olunub. Silandro şəhərinin meri Dieter Pinggera mətbuata açıqlama verib.  O, qəsəbədə 50 ildir heç bir cinayətin törədilmədiyini  və qəsəbə sakinlərinin şokda olduğunu bildirib.

Seymur Əli