Rusiya Federasiyasının subyektlərindən biri Komi Respublikasının keçmiş kənd təsərrüfatı və istehlak bazarı naziri Denis Şaronov 2022-ci ilin oktyabrında çağırış vərəqəsini aldıqdan sonra ABŞ-a gedib və oradan siyasi sığınacaq istəyib.

"Unikal" xəbər verir ki,  bu barədə RTVI saytı məlumat yayıb. 

Belə ki, rusiyalı jurnalistlər keçmiş siyasətçini "Yeni Amerikalılar" "YouTube" kanalında yerləşdirilmiş videoda tanıyıblar. "Rusiyada nazir olub, ABŞ-da yük maşını sürücüsü..." başlıqlı videoda keçmiş nazirin adı və soyadı qeyd olunmasa da, jurnalistlər üz tanıma xidmətlərinin köməyi ilə videodakı şəxsin Şaronov olduğunu müəyyən ediblər. Daha sonra keçmiş məmur RTVI-ya videoda həqiqətən də onun olduğunu təsdiqləyib. 

Məlumata görə, Şaronov Rusiyada iki dəfə cinayət məsuliyyətinə cəlb olunub. Lakin o, hər iki dəfə məhkəmə tərəfindən bəraət alıb və reabilitasiya olunub. Eks-nazirin sözlərinə görə, o, 2022-ci ilin yanvarında regionun rəhbəri Volodimir Uiba ilə uzun sürən münaqişəyə görə Komi Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Şaronov payızda çağırış vərəqəsinin alınmasını da əvvəlki işi ilə əlaqələndirir.

Gülayə Mecid