Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalındakı Qara bölgəsində əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, keçirilən əməliyyatda terror təşkilatı PKK/KCK-nın sözdə mətbuat və arxiv məmurlarından olan "Sidar Serhat" kod adlı Cəlal Birdalı zərərsizləşdirib.

Məlumata görə, mühəndislik təhsili alan Birdal terror təşkilatı PKK/KCK-HPG tərkibində uzun illər fəaliyyət göstərib.

Gülayə Mecid