Liviyanın paytaxtı Tripolidə iki aparıcı silahlı qruplaşma arasında baş verən atışmalar nəticəsində 27 nəfər ölüb, 106 nəfər yaralanıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, toqquşmalar bazar ertəsindən başlayıb. 

Qeyd edək ki, toqquşmalar 2011-ci ildə ölkə lideri Müəmmər Qəddafinin devrilməsindən sonra hakimiyyət uğrunda mübarizə aparan 444-cü Briqada ilə Əl-Rada və ya Xüsusi Təyinatlı Qüvvələri arasında gedir.

Nuranə Abbasova