Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqala ətrafında baş verən partlayışda şübhəli bilinən Eldar Nəsrulayevi saxlayıblar.

"Unikal" xəbər verir  ki, bu barədə TASS məlumat yayıb.

Məhkəmənin yaxın vaxtlarda saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçəcəyi bildirilir.  Xatırladaq ki, Nəsrulayev Mahaçqalada yanacaqdoldurma məntəqəsinin yaxınlığında partlayan selitra anbarının kirayəçisidir.

Avqustun 15-də Mahaçqala ətrafında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 16 nəfər yaralanıb, 35 nəfər həyatını itirib.  

Rusiya Federasiyasının İstintaq Komitəsi bəyan edib ki, Mahaçqalada baş verən partlayış yanğın təhlükəli xüsusiyyətlərə malik aqrokimyəvi maddələrin saxlanmasının pozulmasına səbəb olub. 

Gülayə Mecid