ABŞ hücum məqsədləri üçün sözdə müdafiə biotexnologiyalarından istifadə edə və virusları mutasiya edərək yeni pandemiya hazırlaya bilər. 

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RCBZ) rəisi, general-leytenant İqor Kirillov brifinqdə deyib.

“Biz ABŞ-ın hücum məqsədləri üçün, eləcə də bioloji xarakterli böhran vəziyyətləri yaratmaqla qlobal idarəetmə məqsədləri üçün qondarma müdafiə texnologiyalarından istifadəsini istisna etmirik”, - deyə o bildirib. 

Kirillov iyul ayında ABŞ-da Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsinin yaradılmasını xatırladıb. Bu bölmə bioloji problemlərin həlli üçün metodların seçilməsinə cavabdeh olacaq. Kirillovun sözlərinə görə, bu yolla ABŞ səlahiyyətliləri virus mutasiyasının səbəb ola biləcəyi yeni pandemiya hazırlamağa başlayıb. Yeni struktura prezidentin köməkçisi və Milli Təhlükəsizlik Şurasının Qlobal Sağlamlıq Təhlükəsizliyi və Biotəhlükəsizliyi üzrə Baş Direktoru, Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Pol Fridrixs rəhbərlik edəcək.

Nuranə Abbasova