Fransanın qərbində göyərtəsində üç nəfərin olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

 "Unikal" xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb. 

Məlumata görə, təyyarə havaya qalxdıqdan 30 dəqiqədən sonra radardan itib. Göyərtədə olanların hamısı həlak olub.

Pilotun "France 2"nin keçmiş jurnalisti, 71 yaşlı Jerar Lekler olduğu deyilir. Onların arasında 80-90-cı illərdə təhsil naziri və Senatın spikeri olmuş Rene Monorinin qızı da var.

Ağarza Elçinoğlu