Şimali Koreya koronavirus pandemiyası səbəbindən 2020-ci ilin əvvəlindən bağlanmış sərhədləri tezliklə aça bilər.

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, avqustun 16-da səhər saatlarında sərnişinləri olan iki avtobus Şimali Koreyadan qonşu Çinə yola düşüb. Maşınlar Sinuiju şəhərindən Dandonq şəhərinə hərəkət edərək Amnokkan çayı üzərindəki körpü ilə sərhədi keçiblər. 

Eyni zamanda, ötən həftə “Koryo Tours” turizm agentliyi KXDR-in yaxın gələcəkdə mümkün sərhədlərinin açılacağını bildirmişdi.  Pekində yerləşən Şimali Koreya şirkətinin bəyanatına görə, Pxenyan tezliklə bəzi məhdudiyyətləri aradan qaldıra və ölkə sakinlərinin xaricə səyahət etməsinə icazə verə bilər.

Şimali Koreya COVID-19 pandemiyası fonunda özünü xarici dünyadan tamamilə təcrid edən ilk dövlət olub. Pxenyan sərhədlərini 2020-ci ilin əvvəlində, virusun Çində yayılması ilə bağlı məlumatlar yalnız ortaya çıxanda bağlayıb. Lakin məhdudiyyətlər diplomatların və BMT əməkdaşlarının işini çətinləşdirib, onlar rotasiya edə bilmədikləri üçün ölkəni tərk etməli olublar.