Amerikalı iş adamı İlon Mask Tviterdə “Meta” şirkətinin rəhbəri Mark Zukerberqlə mümkün duelə həsr olunmuş yazı dərc edib.

“Unikal” xəbər verir ki, Mask Zuekrberqi qorxaqlıqda ittiham edib: 

“Qarşıdurmanın tarixi belədir: Zarafatla Zuk ilə döyüşəcəyimi dedim. Sonra o yazdı: "Yerini söylə". İtaliya nəzakətlə Kolizeyi təklif etdi. Zuk imtina etdi. Mən onun evini “təhlükəsiz yer” kimi təklif etdim. Təəssüf ki, ezamiyyətdə idi. Ümumiyyətlə, onun döyüşəcəyi yer varmı?”.

Xatırladaq ki, cari ilin iyununda Mask postlarının birində “Meta” Korporasiyasının baş direktoru Zukerberqlə döyüşmək istədiyini yazmışdı və Zukerberq çağırışı qəbul etdiyini bildirib. 

Milyarderlərin münaqişəsinə səbəb Zukerberqin Maskın sosial şəbəkəsinin analoqunu hazırlaması olub. Onlar duelin keçirilməsi ilə bağlı rəsmi danışıqlara başlayıblar. 

Nuranə Abbasova