Taliban hərəkatı Əfqanıstanda siyasi partiyaların fəaliyyətinə tam qadağa qoyub.

“Unikal” “İnterfaks”a istinadən xəbər verir ki, Taliban hökumətinin ədliyyə naziri Əbdül Hakim Şarayi “Siyasi partiyaların fəaliyyətinin şəriət əsası yoxdur, millətin və xalqın maraqlarına cavab vermir” deyib.

Qeyd edək ki, Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl ölkədə qeydiyyatdan keçmiş 73 siyasi partiya var idi. Partiya liderlərinin əksəriyyəti ölkəni tərk edib. 

Nuranə Abbasova