Qazaxıstan Rusiya ilə sərhəddə 20 yeni sərhəd zastavası tikir.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin MTN Sərhəd Xidmətinin Sərhəd Mühafizə İdarəsi məlumat yayıb. 

Qeyd olunur ki, “Təhlükəsiz Ölkə” milli layihəsi çərçivəsində 50 zastavanın tikintisi nəzərdə tutulub.

“Hazırda şimal istiqamətində, birbaşa Rusiya Federasiyası ilə sərhəddə 20 sərhəd idarəsi tikilir. Cənub sərhədlərində üç modul forpost tikilir. Son beş ildə ölkənin cənub-qərbində 15 modul tipli sərhəd zastavası istifadəyə verilib”, - deyə İdarəsinin rəisinin birinci müavini Serik Axmetkaliev bildirib