45 yaşlı Deku “Barselona” futbol klubunun idman direktoru təyin olunub.

"Unikal" xəbər verir ki, “Çelsi” və “Portu” klublarının keçmiş futbolçusu kataloniyalılarla 3 mövsümlük müqavilə imzalayıb.

Deku 2004-2008-ci illərdə “Barselona”da çıxış edib. O, Portuqaliya millisində 75 oyun keçirib.

Sentyabrın 2-də transfer pəncərəsi bağlanana qədər Deku Mateu Alemani ilə birlikdə çalışacaq və daha sonra klubun idman direktoru vəzifəsini tərk edəcək.