Dominikan Respublikasının cənubundakı San-Kristobal əyalətində partlayış nəticəsində ölənlərin sayı 25-ə yüksəlib.

“Unikal” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsinin rəisinin müavini Delfin Rodriges yerli SIN telekanalına açıqlayıb.

“Milli səhiyyə sisteminin məlumatına görə, artıq ölmüş 25 nəfər məlumdur, o cümlədən xəstəxanada”, - o, telekanala deyib.

Xatırladaq ki, daha öncə “CNN Espanol” telekanalı Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəliyinə istinadən 12 nəfərin öldüyünü və 65 nəfərin yaralandığını bildirmişdi. Eyni məlumata görə, 55 nəfər itkin düşmüş hesab edilir.

Partlayış avqustun 14-də plastmas istehsalı zavodunda baş verib.