"Ukraynanın Avropa İttifaqında yeri yoxdur"

"Unikal" xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Nikola Sarkozi bildirib. Onun sözlərinə görə, bu ölkənin çağırışı Avropa ilə Rusiya arasında körpü olmaqdır, o, neytral dövlət olaraq qalmalıdır.

“Ukraynanın vəzifəsinin nə olduğunu başa düşmək lazımdır. AB-nin bir hissəsi olmaq? Mən belə düşünmürəm. Təkcə hazır olmadığına və tələb olunan giriş meyarlarına cavab vermədiyinə görə deyil, həm də ona görə ki, o, neytral dövlət olaraq qalmalıdır”, - deyə siyasətçi Le Figaro-ya müsahibəsində bildirib.

Fransanın eks-prezidentinin sözlərinə görə, Ukraynanın Avropa İttifaqına daxil olması barədə danışarkən, Brüssel Kiyevə “yerinə yetirilməyəcək yalan vədlər” verir.