Marqo Robbi və Rayan Qoslinqin baş rollarında olduğu “Barbi” filmi ABŞ-də 537,5 milyon dollar gəlir əldə edib.

"Unikal" xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.

Bununla da, “Barbie” ABŞ-də “Warner Bros.” şirkətinin ən çox gəlir gətirən filmi olub.

Film 2008-ci ildə 536 milyon dollar gəlir əldə edən “Qaranlıq cəngavər” dramını keçib.