Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) futzal komandası tələbələr arasında keçirilən “EKAT2023”  universitetlərarası beynəlxalq idman festivalında iştirak etmək üçün Rusiyanın  Yekaterinburq şəhərinə yola düşüb.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, avqustun 19-31 tarixlərində keçiriləcək idman festivalında 14 fərqli idman növü üzrə 3400 tələbə qələbə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Akademiya futzalla yanaşı badminton, sambo, boks, stolüstü tennis, üzgüçülük və taekvondo idman növləri üzrə yarışlarda təmsil olunacaq.