Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları “Qolos” hərəkatının həmsədri, erməni vəkil Qriqori Melkonyantsı saxlayıblar.

“Unikal” xəbər verir ki, bu barədə TASS-a vəkil Mixail Biryukov bildirib. 

Onun sözlərinə görə, vəkil Rusiyada “arzuolunmaz QHT-nin işinin təşkili işi üzrə” şübhəli şəxs qismində Rusiya İstintaq Komitəsi tərəfindən dindirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Melkonyatsa qarşı cinayət işi açılıb. 

Təhlükəsizlik qüvvələri Moskva, Kazan və Sankt-Peterburq da daxil olmaqla, onun 14 şərikinə qarşı Rusiyanın 8 regionunda əməliyyat-axtarış tədbirləri həyata keçirib. 
 

*** 10:59

Rusiyada “Qolos” hərəkatının həmsədri, vəkil Qriqori Melkonyantsa qarşı QHT-nin işinin təşkili ilə bağlı cinayət işi açılıb. 

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu  barədə  Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

“Qriqori Melkonyantsa qarşı Rusiya Federasiyasında arzuolunmaz təşkilatın fəaliyyətinin təşkili maddəsi ilə cinayət işi başlanıb”, - məkumatda qeyd olunub.  

Bildirilir ki, polislər iş çərçivəsində “Melkonyantsın evində və regional koordinatorlarda bir sıra axtarışlar aparıblar”.

Gülayə Mecid