Mütəxəssislər 2022 və 2023-cü illərdə Rusiyada sosial şəbəkələrin istifadəsi ilə bağlı anonim məlumatları öyrəniblər.

“Unikal” lenta.ru-ya istinadən xəbər verir ki, məlum olub ki, bu ilin iyulunda “VKontakte” 2022-ci ilin yanvarından bəri ilk dəfə bu seqmentdə Teleqramdan daha popular olub. “VKontakte”nin auditoriyası Teleqramdan bir faiz çox olub. 

Bildirilir ki, yayın ikinci ayında “VKontakte” bütün sosial şəbəkələrin istifadəçilərinin 33,1 faizini təşkil edib. İlk üçlüyə həmçinin Teleram (32,8 faiz) və “Odnoklassniki” (20,6 faiz) daxil olub.

Eyni zamanda analitiklər qeyd ediblər ki, Teleqram mobil internet trafikinin ümumi həcmində hələ də liderdir. Trafikin təxminən 60 faizi messencer, 22 faizi “VKontakte”, 18,7 faizi “Odnoklassniki”nin payına düşür.

Nuranə Abbasova