NATO Rusiyanın başlatdığı müharibədə qalib gələnə qədər Ukraynanı dəstəkləyəcək.
"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.
“Danışıqlar üçün əlverişli şərtlərin nə vaxt gələcəyini və danışıqlar zamanı şərtlərin məqbul olması ilə bağlı qərarları qəbul edən yalnız ukraynalılardır”, - Stoltenberq bildirib.
Baş katibin sözlərinə görə, NATO Ukraynaya dəstək verəcək.
Gülayə Mecid