Malayziyada kiçik mühərrikli "Beechcraft Model 390" sərnişin təyyarəsi magistral yola düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Daha sonra təyyarə avtomobil və motosikletə çırpılıb. Nəticədə azı 10 nəfər həlak olub. 

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

Ağarza Elçinoğlu