Rusiyanın Vladimir vilayətində yenidən şaurmadan zəhərlənmə halı qeydə alınıb.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, 56 nəfər zəhərlənmə diaqnozu ilə təcili yardıma müraciət edib. Onların hamısında qızdırma, qusma və üşütmə şikayətləri olub. 

“Laboratoriya tədqiqatlarının ilkin nəticələrinə görə, salmonella xəstəliyin etioloji faktorudur”, - deyə qeyd olunub. 

Qeyd edək ki, Vladimir vilayətində dünən də 17 nəfər şaurmadan zəhərlənmişdi. 

Nuranə Abbasova