Rusiya , Türkiyə və Qətər taxıl müqaviləsini əvəz etmək üçün yeni saziş hazırlayır.

"Unikal" xəbər verir ki, bu barədə “Bild” iyulun 21-dən avqustun 8-dək Xarici İşlər Nazirliyi ilə Rusiya və Türkiyə səfirlikləri arasında rəsmi yazışmalara istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Moskva taxıl sazişindən çıxacağı ilə bağlı Ankaraya əvvəlcədən xəbərdarlıq edib və hazırda Rusiya, Türkiyə və Qətər yeni üçtərəfli saziş üzərində işləyir. Rusiya taxılını kasıb ölkələrə, əsasən Afrikaya tədarük etməyi təklif edir. Çatdırılmaların təşkilatçısı kimi Türkiyə çıxış edəcək, Qətər isə sponsorluq edəcək.

Yeni müqavilə bu həftə sonu Budapeştdə edilə bilər. Tatarıstan rəhbəri Rüstəm Minnixanovun artıq yola düşdüyü , Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da gələcəyi bildirilir .

Eyni zamanda qeyd edilir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyadan taxılın, o cümlədən Ukraynadan tədarük edilməsi üçün əvvəlki sövdələşməni bərpa etməyi xahiş edir  . Bundan əlavə, Ankara BMT-nin himayəsi altında fəaliyyət göstərməyi təklif edir .