"Ukraynadakı müharibənin nəticələri artıq Avropanın hüdudlarından xeyli kənara çıxıb". 

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden 

Baydenin bəyanatı Amerika prezidentinin iqamətgahı olan Kemp Deviddə (Meriland) Yaponiyanın baş naziri Fumio Kişida və Cənubi Koreya prezidenti Yun Seok-yeol ilə üçtərəfli görüşdən sonra verilib.

ABŞ lideri bildirib ki, "Rusiya artıq məğlub olub. O, ilkin qarşıya qoyduğu məqsədə çata bilmir. Bu qeyri-mümkündür. Ukraynada baş verənlər təkcə Avropanın problemi deyil. İkinci Dünya Müharibəsindən sonra belə işğallar olmayıb". 

Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə ilə bağlı arqumentini gülünc adlandırıb. 

Ağarza Elçinoğlu