"Pilotlarımız təlim keçmək üçün Böyük Britaniyaya getdilər".

"Unikal" xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk deyib. 

O, F-16 döyüş təyyarələrində təlim keçəcək ukraynalı pilotlarla bağlı təfərrüatları açıqlayıb: "Təlim ərəfəsində iki pilot Amerika Birləşmiş Ştatlarından olan təlimatçılar tərəfindən sınaqdan keçirilib. Əgər onların məşğul olduqları ümumi hazırlığı götürsəniz, o zaman ümumi təlim 32 aydır. İki pilotumuz üçün belə qərara alınıb ki, onlar dörd ay ərzində F-16 təyyarələrini mənimsəyə bilər". 

Ağarza Elçinoğlu