Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 257 470 hərbçi təşkil edir.

"Unikal" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən xəbər verir ki, sutka ərzində Rusiyanın 460 hərbçisi zərərsizləşdirilib.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 4 346 tank, 8 435 zirehli maşın, 4 304 operativ-taktiki PUA, 5 245 artilleriya sistemi, 489 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 7 680 avtomobil və tanker, 790 xüsusi texnikadan ibarətdir.