"Barselona" futbolçusu Serjino Desti icarəyə verib.
"Unikal" klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi karyerasını Niderland PSV-sində davam etdirəcək. Onunla 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
ABŞ-lı oyunçunun sözləşməsində birdəfəlik transfer variantı da nəzərdə tutulub. Həmçinin "Barselona" Destin sonrakı satışından müəyyən faizdə pul alacaq.
Qeyd edək ki, Serjinyo Niderlandın digər klubu "Ayaks"ın yetirməsidir. O, 2020-ci ilin oktyabrında "Barselona"ya keçib. Kataloniya təmsilçisi transfer üçün 21 milyon avro ödəyib. Dest ötən mövsümü icarə əsasında "Milan"da keçirib. O, 2023/24 mövsümündə bütün yarışlarda 14 matçda iştirak edib. Serjinyo "Barselona"nın heyətində ümumilikdə 72 oyuna çıxıb, 3 qol vurub və 4 qolun ötürməsini verib.