2023 FIFA Qadınlararası Dünya Çempionatının final oyununda İngiltərəni 1:0 hesabı ilə məğlub edən İspaniya tarixində ilk dəfə çempion olub.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales millinin qələbəsindən sonra medal verilmə mərasimində gözlənilməz hərəkət edib.

Belə ki, o, hücumçu Cennifer Ermosonun dodaqlarından öpüb. Görüntülər yayıldıqdan sonra Rubialesə qarşı sərt reaksiyalar verilib. 

Nuranə Abbasova