Bakıda atıcılıq üzrə dünya çempionatı bu gün olimpiya növü olan 50 metr məsafəyə 3 mövqedən atəş üzrə qadınlar arasında final yarışı ilə davam edib.
"Unikal" xəbər verir ki, yarışın ilk iki qalibi – çinli Qiongyu Janq və Ciayu Han müvafiq olaraq qızıl və gümüş medala sahib olublar.
Bürünc medal isə ABŞ atleti Saden Madalenaya çatıb.
Qiongyu Janq öz ölkəsinə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb. Digər lisenziyaları Almaniya, Hindistan və Monqolustan atletləri əldə edib.