"Napoli" "Bari"nin hücumçusu Valid Xeddiranı transfer edib.

"Unikal" xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 25 yaşlı forvardla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

"Napoli" Validi dərhal İtaliyanın “Frozinone” klubuna icarəyə verib.

Qeyd edək ki, mərakeşli hücumçu 2021/2022 mövsümündən bəri "Bari"də çıxış edirdi. Valid ötən mövsüm B seriyasının 35 oyununda 17 qol vurub və 5 qolun ötürməsini verib. Xeddira 2022-ci ildə Mərakeş millisinin heyətində Qətərdə keçirilən dünya çempionatında iştirak edib. Ümumilikdə o, millinin heyətində 6 dəfə çıxış edib.