Çinin şimalındakı Şensi əyalətində kömür mədənində partlayış baş verib. 

"Unikal" xəbər verir ki, partlayış nəticəsində 11 işçi ölüb. 

CCTV dövlət televiziyası qeyd edib ki, partlayışa səbəb siqaret olub. 

Partlayış zamanı mədəndə 90 işçi olub. Xilasetmə qrupları ağır yaralanan 79 işçini səthə çıxara bilib.

Ağarza Elçinoğlu