Asiya Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində bu gün İranın "Traktor" və BƏƏ-nin "Əl Şarja" komandaları üz-üzə gələcək.

"Unikal" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb. 

Məlumata görə, baş tutacaq görüş öncəsi Təbrizdə Azərbaycan ab-havası yaşanır. Azarkeşlər Təbrizdəki Yadgar İmam Stadionunun qarşısında "Azərbaycan" yazıları qaldırıblar. 

Qeyd edək ki, oyun axşam saatlarında baş tutacaq. 

Ağarza Elçinoğlu