Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
"Unikal" xəbər verir ki, C qrupunda yer alan yığmamız IV tur matçında Yunanıstanla üz-üzə gəlib.
İlk üç turdan sonra aktivində 3 xal olan komandaların duelindən Ataman Güneyligilin yetirmələri 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) hesablı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək.