Tailandın keçmiş baş naziri Taksin Çinavat Banqkokun Klong Prem Mərkəzi Həbsxanasından cəzaçəkmə müəssisəsindən kənarda yerləşən xəstəxanaya köçürülüb.

“Unikal” xəbər verir ki, bu barədə “Thai” PBS telekanalı məlumat yayıb.

74 yaşlı Çinavat işemiya, hipertoniya, kovid və yırtıq diskləri nəticəsində ağciyərlərində dəyişikliklər diaqnozu qoyduqdan sonra həbsxana xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, 15 ildən çox xaricdə mühacir olan keçmiş baş nazir vətəninə qayıdan kimi həbs olunub və ona 8 il həbs cəzası verilib. 

Çinavat 2001-2006-cı illərdə Tailandın baş naziri olub. O, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında olarkən quru qoşunlarının baş komandanı Sonta Bunyaratglinin rəhbərlik etdiyi bir qrup hərbçi dövlət çevrilişi həyata keçirib. Çinavat xaricdə qalmağa məcbur olub. O, məhkəmə qarşısına çıxmaq üçün 2008-ci ildə Tailanda səfər edib. Siyasətçi həbs olunsa da, zaminə buraxılmış və ölkəni tərk etmişdi.

Nuranə Abbasova