Xalq artisti Emin Ağalarov "YouTube"də yayımlanan "Разборщик" layihəsinə müsahibə verib.
"Unikal" xəbər verir ki, müğənni sahibi olduğu istirahət mərkəzinə il ərzində aldığı suyun məbləğini açıqlayıb.
Emin bildirib ki, Bakıda yerləşən mərkəz 1 ayda 200-300 min dollarlıq su alınır:
"Burada su daşıyıcıları ilə bağlı problemləri həll etməyə çalışırıq. Bu həddən artıq çox puldur. Biz su alırıq. Alınan suya yayda ayda təxminən 200-300 min dollar (340 – 510 min manat) xərclənir. Bu isə 3 aya təxminən 1 milyon dollar ( 1,7 milyon manat) edir. Amma bu müvəqqətidir. Gələn yaya qədər su və kanalizasiya mərkəzləşəcək".