Ukrayna Belqorod vilayətinin Valuyski rayonuna PUA ilə hücum edib. 

"Unikal" xəbər verir ki,  bu barədə TASS məlumat yayıb. 

Bildirilir ki,  hücum nıəticəsində 3 nəfər həlak olub.  

"Valuyski rayonunun Lavı kəndindəki sanatoriyanın dəfələrlə atəşə tutulması nəticəsində 3 mülki şəxs həlak olub. Ukrayna Silahlı Qüvvələri insanlar küçədə olarkən PUA-dan partlayıcı qurğu atıblar. İki nəfər isə aldıqları atəş nəticəsində yaralanıblar", - KİV-də qeyd olunub.