Rusiya Federasiyasının Ukraynadakı hərəkətləri yalnız bir istəklə diktə olunur - Qərbin və onun peyklərinin Donbassda yaşayan insanlara qarşı başlatdığı müharibəni dayandırmaq.

"Unikal" xəbər verir  ki, bunu Rusiya prezidenti Vladimir Putin videokonfrans vasitəsilə iştirak etdiyi BRICS sammitinin iclasında deyib.  

O qeyd edib ki, Qərb ölkələrinin dünyada öz hegemonluğunu saxlamaq istəyi Ukraynada ağır böhrana səbəb olub. 

Putin həmçinin Ukraynadakı münaqişənin həllinə kömək etməyə çalışan BRICS həmkarlarına təşəkkür edib.

Gülayə Mecid