Tokio polisi 2023-cü il ərzində müxtəlif bələdiyyə və təhsil müəssisələrinə bomba yerləşdirilməsi ilə bağlı 300 minə yaxın faksla hədə-qorxu gələn iki yerli sakini həbs edib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, 26 və 22 yaşlı saxlanılan şəxslər internet vasitəsilə kütləvi şəkildə bomba hədələri ilə faks göndərərək 300 min ien (təxminən 2 min dollar) məbləğində pul tələb ediblər. Ödənişdən imtina edildiyi təqdirdə partlayıcı qurğuları işə salmaqla hədələyiblər. Onlar ümumilikdə ölkə üzrə qurumlara 300 minə yaxın faks göndəriblər. 

Dindirilmə zamanı hər ikisi təqsirlərini etiraf edərək, özlərini bu şəkildə ifadə etdiklərini qeyd ediblər. Onları 3 ilə qədər həbs və ya külli miqdarda vəsaitlə cərimə gözləyir. 

Nuranə Abbasova