Laçın şəhərinin 98 yaşlı sakini Nərgiz Xəlil qızı Əsədova 30 illik ayrılıqdan sonra doğma yurda qayıdıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Unikal"a verilən məlumata görə, artıq bir aydan çoxdur ki, o, şəhərdəki bərpa olunmuş evində yaşayır. Laçını daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Nərgiz nənə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevə minnətdarlıq bildirir...
Dövlət Komitəsi Ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə müsahibələr əsasında videoçarxların hazırlanmasını davam etdirir.