Moskvanın Naxabinoda rayonunda şortikə görə qızı döyən 20 yaşlı miqrant bir ay müddətinə həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi (“Xuliqanlıq”) ilə cinayət işi başlanıb.

Qeyd edək ki, avqustun 23-də səhər saatlarında Tacikistan vətəndaşı şortikdə yürüş edən şəhər sakininə hücum edib. Dindirmə zamanı o, bu yolla qızı günahdan xilas etməyə çalışdığını bildirib. Sonradan məlum olub ki, ona şizofreniya diaqnozu qoyulub.

Ağarza Elçinoğlu