Kiyevdə gənc qızlar Ukraynadakı müharibədə həlak olan hərbçilərin məzarları üzərində rəqs ediblər. 

"Unikal" xəbər verir ki, rəqs etdikləri videonu sosial şəbəkə hesabında paylaşan bacıların bu hərəkəti cəmiyyət tərəfindən etiraza səbəb olub. 

Ukrayna Daxili İşlər Nazirliyi qeyd edib ki, müharibədə ölən atalarının məzarı üzərində rəqs edən bacıları 3 ildən 5 ilə qədər həbs cəzası gözləyir. 

Qeyd olunub ki, qızların atası bir müddət öncə İzyum uğrunda gedən döyüşlərdə həlak olub. 

Ağarza Elçinoğlu