İş adamı Yevgeni Priqojinin təyyarə qəzasında Kremlin əli olması ilə bağlı açıqlamaların reallıqla heç bir əlaqəsi yoxdur. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Avqustun 24-də Rusiya prezidenti Vladimir Putin iş adamının təyyarəsinin qəzaya uğramasından danışıb. Dövlət başçısı müraciətində Priqojini çətin taleyi olan istedadlı insan kimi qeyd edib. Tver vilayəti üzərində səmada baş verən qəza ilə bağlı çoxlu fərziyyələr yaranıb. Bütün bunlar tamamilə yalandır", - deyə Peskov qeyd edib. 

Ağarza Elçinoğlu