“Esas Holdinq”in İdarə Heyətinin sədri Əli Sabancı və həyat yoldaşı Vüslat Doğan Sabancı tətilə getdikləri Yunanıstanda qəzaya düşüblər. 

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, sahildəki restorana getmək istəyərkən cütlüyün olduğu qayıq qayalara çırpılıb. Əli və Vüslat Sabancılar dərhal xəstəxanaya çatdırılıblar. Vəziyyəti ağır olan Əli Sabancının dalağı çıxarılıb və İstanbulda özəl xəstəxanaya köçürülüb. Vüslat Sabancı isə üz nahiyəsindən yaralanıb. 

Qəza zamanı qayıqda cütlüyün övladları Kaan və Emrecan Sabancıların da olduğu və hər ikisinin sağlamlıq vəziyyətinin yaxşı olduğu deyilir. Onlar qəza baş verərkən dənizə atılaraq sağ qalmağı bacarıblar. 

Nuranə Abbasova