Danimarka Quranın yandırılmasına görə cinayət məsuliyyəti tətbiq edəcək.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hökumət mühüm dini əhəmiyyət kəsb edən obyektlərlə düzgün rəftar edilməməsinə görə cinayət məsuliyyəti tətbiq edəcək”, - deyə məlumatda bildirilir. 

Qanun layihəsinə görə, məsələn, İncil və ya Quranın açıq şəkildə yandırılması cinayət sayılacaq.

Nuranə Abbasova