Güney Azərbaycan Milli Hərəkatının fəallarından İsmayıl Əhmədi Bəkrabad avqustun 24-də Əhər şəhər mərkəzi həbsxanasından 400 milyon tümən (16 min 208 dollar) girov müqabilində azadlığa buraxılıb.
“Unikal” xəbər verir ki, bu barədə İranın teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, milli fəal “ictimai asayişi pozmaq və Süngün Mis Şirkətinin narazı əməkdaşlarını təhqir etmək”də ittiham edilib.
Xatırladaq ki, bir müddət öncə o, çalışdığı Süngün Mis Mədən Kompleksinin vəzifəli şəxsləri tərəfindən ətraf mühitə ziyan vurulmasına, tarixi abidələrin dağıdılmasına və fəhlələrin işdən qovulmasına etiraz etdiyi üçün həbs edilmişdi.