"Türk dövlətlərinin iqtisadiyyatlarının ümumi real həcmi 4 milyard 948 milyon dollara çatıb".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla ÜDM-in həcmi Türkiyədə 3 milyard 573 milyon, Qazaxıstanda 604 milyon 551 min, Özbəkistanda 420 milyon, Azərbaycanda 189 milyon 800 min, Türkmənistandan 117 milyon 770 min, Qırğızıstanda isə 43 milyon 318 min dollar olub.
"Bu isə o deməkdir ki, əgər Türk ölkələri vahid dövlət olsaydılar, o zaman alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyadan 7-ci ən böyük dövlət olardı. Bütün bunlar fonunda isə xüsusən son illər Türk dövlətləri arasında əlaqələrin genişlənməsi və dərinləşməsi müşahidə olunur. 21 əsr Türk dövlətləri əsridir", - deyə deputat qeyd edib.