Bodrumun Göltürkbükü məhəlləsində yerləşən hotelində naməlum şəxslər atəş açıb.

"Unikal" “TRT Haber”ə istinadən xəbər verir ki, hoteldəki insanların cavab verməsindən sonra başlayan qarşıdurmada bir nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım və polislər cəlb edilib.

Polis qrupları bölgəyə giriş-çıxışı bağlayaraq təhlükəsizlik tədbirləri görüblər.