Türkiyənin Əskişəhər şəhərindəki yaşayış binasında partlayış baş verib. 

"Unikal" xəbər verir ki, 4-cü mərtəbədə baş verən güclü partlayış nəticəsində 1 nəfər (34 yaşlı Mustafa Erbay Özdil) ölüb. 

Partlayışın başvermə səbəbləri məlum deyil. Hadisədən sonra başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Binaya və binanın həyətində park edilmiş 3 avtomobilə ziyan dəyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Ağarza Elçinoğlu