Bakıda yollarda mövcud vəziyyət barədə məlumat açıqlanıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, hal-hazırda

1. "20 Yanvar" dairəsində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;
3. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;
4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Zərifə Əliyeva küçəsində;
7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
9. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
12. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
14. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində sıxlıq müşahidə olunur.